525.Az

Bu il e-sosial.az portalında qeydiyyatdan keçənlərin sayı açıqlanıb


 

Bu il e-sosial.az portalında qeydiyyatdan keçənlərin sayı açıqlanıb<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı bu ilin 6 ayında da artmaqda davam edərək iyulun 1-nə 929 minə çatıb.

Nazirlikdən 525.az-a verilən məlumata görə, ölkənin sosial reyestri olan portal 2018-ci ilin son aylarında istifadəyə verilib. Vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) bazasına çıxış imkanı verən e-sosial.az portalı hər kəsə hüquqları yarandığı təqdirdə 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir.

Bu ilin yanvar-iyun aylarında portaldan 5,7 milyon dəfə istifadə olunub.

Vətəndaşların e-sosial.az portalından rahat istifadəsi və portalın daha əlçatan olmasına şərait yaradılması üçün portalın “Android” və “İOS” əməliyyat sistemləri də fəaliyyət göstərir.

 

 





24.07.2021    çap et  çap et