525.Az

Milli Kitabxanadan Mətbuat Gününə aid virtual sərgi


 

Milli Kitabxanadan Mətbuat Gününə aid virtual sərgi<b style="color:red"></b>

22 iyul - Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.

Azərbaycanda maarifçilik hərəkatının formalaşmasında əsas rol oynamış "Əkinçi"nin əsas məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə, tərəqqiyə çağırmaq, onun elmi-mədəni səviyyəsini yüksəltmək idi.

Azərbaycanda Milli Mətbuat Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "22 İyul - Milli Mətbuat Günü" adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycan Milli Mətbuatının inkişafına dair rəsmi sənədlər, mətbuat və jurnalistikamızın inkişaf tarixini əks etdirən kitab və məqalələr nümayiş olunur.

 





23.07.2021    çap et  çap et