525.Az

Azərbaycanın Qurban bayramı ənənələri Misir telekanalında


 

Azərbaycanın Qurban bayramı ənənələri Misir telekanalında<b style="color:red"></b>

Misirin ingilis dilində yayımlanan "Nile International" dövlət televiziya kanalının "Breakfast Show" verilişində Azərbaycanda Qurban bayramı ənənələrindən bəhs edilib.

AZƏRTAC xəbər verir ki, "Misir əcnəbilərin gözü ilə" rubrikasının qonağı olan azərbaycanlı gənc Səbinə Səmədova müsəlman dünyasının ayrılmaz bir hissəsi kimi, ölkəmizdə də dini bayramlarda, o cümlədən, Qurban bayramında azərbaycanlıların əsrlərdən gələn adət-ənənələri, öz qohumları və yaxınları ilə birlikdə müqəddəs günləri qeyd etmələri, xeyriyyəçilik haqqında məlumat verib. Diqqətə çatdırıb ki, bu il dini bayramlarımız işğaldan azad olunmuş torpaqlarımızda da qeyd olunur.

Verilişdə misirli tamaşaçılara bayram günləri azərbaycanlıların süfrələrinin bəzəyi olan şirniyyatlar, mürəbbələr, bənzərsiz tamı olan Azərbaycan çayı təqdim edilib.

 





23.07.2021    çap et  çap et