525.Az

Gənc musiqiçilərin yeni uğuru


 

Gənc musiqiçilərin yeni uğuru<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi Zümrüd Əlizadə və violin ixtisası üzrə şagirdi Fatimə Mehdiyeva XVI Beynəlxalq musiqi müsabiqəsində uğurla iştirak edərək laureat adına layiq görülüblər.

AZƏRTAC xəbər verir ki, müsabiqədə Zümrüd Əlizadə III (fortepiano), Fatimə Mehdiyeva isə II (violin) yeri qazanıb.

Müsabiqəyə Fransa, Rusiya, Gürcüstan, Yunanıstan və digər ölkələrdən iştirakçılar qatılıblar.

 





23.07.2021    çap et  çap et