525.Az

ABŞ Əfqanıstana humanitar və maddi yardımı edəcək


 

ABŞ Əfqanıstana humanitar və maddi yardımı edəcək<b style="color:red"></b>

ABŞ Prezidenti Cozef Bayden Əfqanıstan hakimiyyətinə maliyyə dəstəyini, humanitar yardımı davam edirəcək.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə Ağ Evdən yayılan açıqlamada bildirilib. Məlumata görə, ABŞ Prezidenti Cozef Bayden Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni ilə telefon danışığında “Taliban” qruplaşmasının hücumlarını müzakirə edib. Tərəflər münaqişənin yalnız danışıqlar yolu ilə həllinin doğru olduğunu bildiriblər. Cozef Bayden Əfqanıstana humanitar yardımla yanaşı, təhlükəsizlik qüvvələrinə dəstək məqsədilə 3,3 milyard dollar məbləğində maliyyə vəsaitinin verilməsini Konqresdən tələb edib.

Həmin məbləğin 1 milyard dolları Əfqanıstan təhlükəsizlik qüvvələrinin hərbi sursat və s. almasına, 700 milyon dolları onların əmək haqlarına, 1 milyard dolları isə Əfqanıstan Hərbi Hava Qüvvələrinin keçirəcəyi əməliyyatlara xərclənəcək.

Açıqlamada Cozef Baydenin Əfqanıstandakı tərəflərə birlik çağırış etdiyi vurğulanıb.

 





24.07.2021    çap et  çap et