525.Az

Pakistan Əfqanıstanla sərhədə ordu yeridib


 

Pakistan Əfqanıstanla sərhədə ordu yeridib<b style="color:red"></b>

Pakistan Əfqanıstanla sərhədə ordu göndərib. Ölkənin daxili işlər naziri Şeyx Rəşid Əhmədin sözlərinə görə, məqsəd hərbiçilərin və yaraqlıların sərhədi keçməsinin qarşısını almaqdır.

525.az Azvision.az-a istinadən xəbər verir ki,  nazirin sözlərinə görə, indi sərhədə nizami qüvvələr nəzarət edir. Hərbçilər qanunsuz sərhəd keçmə və qaçaqmalçılığın qarşısının alınması ilə məşğul olan sərhəd polisini əvəz edəcək.

O bildirib ki, qonşu dövlətdəki qeyri-sabit vəziyyətə görə Pakistan yalnız qaçqınların deyil, həm də silahlıların və hərbi qulluqçuların sərhədi keçməsinin qarşısını almalı olacaq.

“Əfqanıstandakı münaqişə ölkənin daxili işi olaraq qalır və İslamabad hansısa tərəf tutmur", - nazir deyib.

Bundan əvvəl Pakistan Silahlı Qüvvələrinin nümayəndəsi Babar İftixar Əfqanıstanla sərhəddə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini elan etmişdi. Şeyx Rəşid Əhməd isə 6 iyul tarixində Pakistanın ABŞ əsgərlərinin ölkədən çıxarılması və yaraqlıların irəliləməsi fonunda Əfqanıstandan olan qaçqınlara sərhəd açmamağa qərar verdiyini söyləyib.

 





24.07.2021    çap et  çap et