525.Az

İnkişafa sürətlə aparan rəqəmsallıq


 

İnkişafa sürətlə aparan rəqəmsallıq<b style="color:red"></b>

Bir zamanlar “rəqəmsal” dedikdə ilk olaraq rəqəmsal telefonlar, rəqəmsal televiziyalar yada düşərdi. Bütün bunlar da əslində bu gün üçün zəmin rolunu oynadı - məlumatların rəqəmsallaşdırılması! Səslənişi ecazkar olsa da, ölkə üzrə müəyyən datalara baxanda heç də bu qədər ecazkar təsvir yaranmır. Təbii ki, burada rəqəmsal savadlılığın önəmi olduqca vacibdir. Lakin bundan ziyada əlverişli imkanların mövcudluğu da mühüm rola sahibdir. Bəs necə edək ki, bölgələrdə rəqəmsal savadlılıq artsın?

Rəqəmsal savadlılığın artırılması yönündə danışmamışdan öncə rəqəmsallığın faydalı tərəflərindən danışsaq yerinə düşər.

İnkişaf etməkdə olan texnologiyanın mədəniyyət, iqtisadiyyat, siyasət və bu kimi sahələrə təsiri ilə bağlı yazılar dərc edən “Wired” dərgisinin qurucusu Louis Rossetto rəqəmsallıqla və texnologiya ilə bağlı belə bir fikir söyləmişdir:

“Rəqəmsal texnologiya bu gün demək olar ki, hər şeyi əhatə edəcək qədər genişdir. Bu gün heç bir məhsul istehsal olunmur, bu gün heç kim hərəkət etmir, heç bir 'rəqəmsal texnologiya' onun ayrılmaz hissəsi olmadan toplanmaz, analiz olunmaz və ötürülməz. Bunun özü rəqəmsal texnologiyanın böyük “dəyərindən” danışır. Qısa müddətdə bütün həyatımızın ayrılmaz hissəsinə çevriləcək qədər faydalıdır”.

Bu ifadə kifayət edir ki, rəqəmsallığın nə qədər önəmli və vacib olmasını dərk edək. Öz həyatımızdan misal göstərə bilərik. Məsələn, heç bir yerə getmədən aviabilet sifariş edə, ən son çıxan yeni filmlərə baxa bilərik. Hətta okeanın digər tərəfində baş vermiş hadisə ilə bağlı məlumatımızın olması üçün saniyələr kifayətdir. Çünki son illərdə internet həyatımıza sürətlə adapasiya oldu və buna görə də bütün (bir çox) şirkətlər rəqəmsal baxımdan inkişaf etmiş ən son texnologiyalardan istifadə etməyə başladı. Kiçik startaplar belə böyük rahatlığa səbəb oldu. Çünki artıq insanlar hər şeyi onlayn etməyə başladılar.

Amma bu qavramın – rəqəmsallığın faydaları olduğu qədər əlbət ki, zərərləri də vardır.

Louis Rossetto yuxarıda qeyd olunnan fikrini bu cümlə ilə tamamlamışdır:

“Bu bizim həyatımızı acınacaqlı edir. Çünki heç nə nə baş vermir”.

Necə ki yuxarıda qeyd edilən cümlələr rəqəmsallığın faydasını vurğulayır, bu ifadə də paralel olaraq rəqəmsallığın mənfi bir qavram olmasına işarədir. Buradakı mənfilər əsasən zamanın itirilməsi, rahatlığ səbəbi ilə sağlamlığa zərərin dəyməsi (artıq çəki və sair) kimi məsələlərdir. Rəqəmsal texnologiya cəmiyyətə mənfi təsir göstərə bilsə də, əksər təsir müsbətdir. Bu, həyatımızı daha da yaxşılaşdırmağa kömək edir.

Rəqəmsallığın faydaları və mənfiləri ilə bağlı qismən də olsa tanış olduq. İndi isə əvvəldə verdiyimiz suala cavab tapaq.

Necə edək ki, bölgələrdə rəqəmsal savadlılıq artsın?

2021-ci ilin yanvar ayına olan statistikalara baxdığımızda 7.83 milyard insanın 5.2 milyardının telefon, 4.66 milyardının isə internet istifadəçisi olduğunu görərik. Sadəcə 4.20 milyard insan isə sosial olaraq aktiv olan insanlardır.

Azərbaycanda isə 2021-ci ilin yanvar ayına olan statistikalara baxanda görürük ki, əhali sayı 10.18 milyon, internet istifadəçilərinin sayı isə 8.26 milyondur. 4.3 milyon insan isə sosial olaraq aktivdir.

Bunlar ümumi rəqəmlərdir. Lakin rəqəmsallaşma üçün bu rəqəmlərdən daha artığına ehtiyacımız var: yenilikçi və öyrənməyə meyilli olmaq.

Rəqəmsal savadlılığın artması üçün beynəlxalq təcrübələri analiz etməmişdən öncə mövcud bölgə və regionun əhalisinin yeniliklərə baxış açısını analiz etmək, nəyi necə qəbul etdiklərini anlamaq lazımdır. Bölgələrdə yaşayan bir çox insanlar bıçağın həm də çörək kəsdiyini qəbul etmək istəmirlər. Onlar çörəyi əl ilə də bölmək mümkündür deyə düşünürlər.

Tətbiq olunacaq ən birinci işlərdən biri onları rəqəmsallaşsalar həqiqətən də işlərinin rahatlaşacağına inandırmaqdır. Necə? Aşağıda qeyd edilən “keys” və onun kimi real həyata əsaslanan çağırış videoları ilə əslində rəqəmsallaşmanın onlar üçün nə qədər faydalı olduğuna inandırmaq mümkündür:

Bölgələrdə hadisələr dildən dilə daha tez yayılır. Daha çox toy şənliklərində insanların bir-birinə diqqətlə nəzər yetirdiyi də danılmaz faktdır. Bir şənlik təsəvvür edək və bu şənlikdə səbəbkarın əmisi Rusiyada olduğu üçün video zəng etmək istəyirlər. Lakin məkanın interneti zəif olduğu üçün mobil datanı açmaq istəyilər, amma onun üçün də kiayət qədər kontur olmur. Belə olan halda isə iki seçim var. Ya ənənəvi üsulla hansısa balaca uşağı göndərmək lazımdır ki, hansısa ödəmə terminalı tapıb kontur yükləsin, ya da məkanın interneti ilə “ASAN Ödəniş” portalına daxil olub dərhal kontur yükləmək lazımdır.

Burada təbii ki, hər kəs ikinci üsulu seçəcək. Çünki artıq prosesin rahatlığı onlara cəlbedici görünəcək. Bu isə o deməkdir ki, savadlılığın artırılması üçün önəmli olan mövcud bölgənin əhalisinin yaşam tərzlərini analiz edib daha sonra praktiki olaraq onlara rahatlığı göstərmək lazımdır.   

İstinadlar:

https://www.pewresearch.org/internet/2018/07/03/the-positives-of-digital-life/

https://ignition.altran.com/en/article/impacts-digital-technologies-industry-future/

https://datareportal.com/reports/digital-2021-global-overview-report

https://datareportal.com/reports/digital-2021-azerbaijan

https://www.un.org/en/un75/impact-digital-technologies

Sevər Bayram

Qeyd: Bu məqalə 3-cü "Rəqəmsal Jurnalistikaya doğru" proqramının müsabiqə mərhələsi üçün yazılıb.

 





24.07.2021    çap et  çap et