525.Az

CAR-da rekord soyuqlar qeydə alınıb


 

CAR-da rekord soyuqlar qeydə alınıb<b style="color:red"></b>

Ötən sutka ərzində Cənubi Afrika Respublikasının (CAR) müxtəlif şəhərlərində rekord aşağı temperatur qeydə alınıb.

525.az xarici KİV-lərə istinadla xəbər verir ki, CAR meteorologiya xidməti ölkənin bir sıra şəhərlərində 19 yeni rekordun müəyyən edildiyini bildirib.

Yohannesburq şəhərində havanın hərarəti mənfi 7 dərəcəyədək enib. Şəhərdə əvvəlki aşağı temperatur rekordu 1995-ci il iyulun 19-da qeydə alınmışdı – mənfi 6,3 dərəcə. Kimberli şəhərində isə termometrlər mənfi 9,9 dərəcəni göstərib. 2000-ci ildə burada havanın hərarəti mənfi 8,1 dərəcəyə enmişdi.

Ölkənin bəzi rayonlarına qar yağıb. Meteoroloqlar yaxın zamanlarda temperaturun normaya düşəcəyini proqnozlaşdırırlar.

 





24.07.2021    çap et  çap et