525.Az

Ayı tərəfindən dəfələrlə hücuma məruz qaldı


 

Ayı tərəfindən dəfələrlə hücuma məruz qaldı <b style="color:red"></b>

ABŞ-nin Alyaska əyalətindəki mədən bölgəsində tək yaşayan 50-60 yaşlarında kişiyə bir həftə ərzində eyni qonur ayı tərəfindən dəfələrlə hücum edilib. Həmin şəxs vertolyotla tapılaraq xilas edilib.

525.az xəbər verir ki, rabitə vasitəsi olmadan Alyaskanın Nome şəhərindən 40 mil məsafədəki mədən sahəsində tək olarkən qonur ayı ona hücum edib. Boz ayının kişini çay sahilinə qədər sürüdüyü məlum olub. Bir həftəlik hücumlardan sonra 60 yaşlı kişi ərazidən keçən bir vertolyota həyəcan siqnalı verə bilib.

Xilas edilən kişi müalicə üçün xəstəxanaya aparılıb.

Firuzə Əliyeva

 





24.07.2021    çap et  çap et