525.Az

Məktəbli oxucular arasında inşa müsabiqəsi - Foto


 

Məktəbli oxucular arasında inşa müsabiqəsi - <b style="color:red">Foto</b>

"22 iyul Milli Mətbuat və Jurnalistika Günü" münasibətilə Xocalı rayon Mərkəzi Kitabxanası "Peşəyönümlü Təhsilin İnkişafına Yardım" İctimai Birliyinin sədri İradə Əlinin dəstəyi, kitabxananın oxu zalının müdiri Gülnaz Zeynalovanın təşəbbüsü və təşkilatçılığı ilə məktəbli oxucular arasında "Təhsildən Peşəyə" mövzusunda inşa müsabiqəsi keçirilib.

Müsabiqədə fəal iştirak edən və yer tutan şagirdlər Fəxri fərmanla və hədiyyələrlə təltif olunublar.

Təltif edilmə mərasimində Xocalı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (Xocalı MKİS) direktoru Bəhram Məmmədov da iştirak edib.

Təşkilatçılar tərəfindən Xocalı MKİS-ə yaradılan şəraitə görə təşəkkür edilib.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

 





23.07.2021    çap et  çap et