525.Az

Suriyada PKK-çıların hücumu zamanı 2 Türkiyə hərbçisi şəhid olub


 

Suriyada PKK-çıların hücumu zamanı 2 Türkiyə hərbçisi şəhid olub<b style="color:red"></b>

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyadakı "Fərat qalxanı" əməliyyatı bölgəsində türk hərbçilərin olduğu zirehli hərbi avtomobilə silahlı hücum olub.

525.az-ın Türkiyənin Milli Müdafiə Nazirliyinə (MSB) istinadla verdiyi xəbərə görə, terror aktında Türkiyə Ordusunun 2 hərbçisi şəhid olub, daha ikisi yaralanıb.

Hələb əyaləti yaxınlığında baş vermiş terror aktının PKK/YPG tərəfindən törədildiyi bildirilib.

 





25.07.2021    çap et  çap et