525.Az

Abşeron 2014-cü ilin “Sənətkarlıq paytaxtı” kimi


 

Abşeron 2014-cü ilin “Sənətkarlıq paytaxtı” kimi<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” proqramı çərçivəsində Abşeron rayonu 2014-cü ilin “Sənətkarlıq paytaxtı” seçilib.  Bu münasibətlə Abşeron rayonunun inzibati mərkəziXırdalan şəhərində yerləşən rayon mədəniyyət evində təqdimat mərasimi keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə mədəniyyət evinin foyesində xalq tətbiqi sənəti ustalarının əl işləri rayon rəssamlarının əsərlərindən ibarət sərgi ilə tanış olub.

Tədbirdə çıxış edən rayon mədəniyyət turizm şöbəsinin müdiri İlham Manafov bildirib ki, Azərbaycan xalqının qədim rəngarəng qeyri-maddi mədəni irsi minilliklər boyu millətin mentalitetini şüurunu formalaşdıran əsas mənbələrdən biri olmaqla xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən nadir bəşəri fenomendir. O, xalqımızın maddi-mədəni irsinin Azərbaycan dövlətinin daim diqqətində olduğunu vurğulayıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun İSESCOnun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın müvafiq istiqamətdə məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq Azərbaycan muğamı, Novruz bayramı, xalça, aşıq, tar ifaçılığı sənətləri, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib: “2010-2014- illər üçün xalq yaradıcılığı paytaxtlarıproqramının əsas məqsədi regionlarda məqsədyönlü tədbirlərin təşkil etməklə Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına, xalq yaradıcılığının təşviqinə, tarazlı regional davamlı sosial iqtisadi inkişafa, ümumilikdə mədəni həyatın daha da rəngarəng olmasına töhfə verməkdir. Cari ildə rayonda təntənəli mərasimlər, elmi-praktik konfranslar, “dəyirmi masa”, müsabiqə, festival, sərgi, infotur konsertlər təşkil ediləcəkdir”.

Sonda Xırdalan şəhər uşaq musiqi məktəbinin şagirdləri dahi bəstəkar Üzeyir HacıbəylininArşın mal alanoperettasından parçalar ifa ediblər.

S.ABDULLAYEVA

 





12.04.2014    çap et  çap et