525.Az

Olimpiya rekordçusu olan gimnast karyerasını bitirdi


 

Olimpiya rekordçusu olan gimnast karyerasını bitirdi<b style="color:red"></b>

Qadın idman gimnastikası üzrə Olimpiya çempionu, Özbəkistan təmsilçisi Aksana Çusovitina peşəkar idmançı karyerasını bitirdiyini elan edib.

525.az xəbər verir ki, 46 yaşlı gimnast bu barədə qərarı “Tokio-2020” Yay Olimpiya Oyunlarında idman gimnastikası yarışlarının təsnifat mərhələsindəkı çıxışından sonra verib.

“Tokio-2020” Yay Olimpiya Oyunları A.Çusovitinanın iştirak etdiyi səkkizinci Olimpiadadır. Olimpiadalarda iştirak sayına görə, özbəkistanlı gimnast rekord müəyyənləşdirib.

 





25.07.2021    çap et  çap et