525.Az

ABŞ yığması son 17 ildə ilk dəfə məğlub olub


 

ABŞ yığması son 17 ildə ilk dəfə məğlub olub<b style="color:red"></b>

Basketbol üzrə ABŞ-ın kişilərdən ibarət yığması Tokio-2020 Yay Olimpiya Oyunlarının start mərhələsində Fransa yığmasına məğlub olub (76:83).

525.az xəbər verir ki, bu, son 17 ildə basketbol üzrə ABŞ yığmasının Olimpiya Oyunları çərçivəsində ilk məğlubiyyətidir.

Sonuncu dəfə ABŞ yığması 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarında Argentinaya uduzmuşdu.

 





25.07.2021    çap et  çap et