Çexiyada heyvanların istismarına həsr olunmuş film nümayiş olunub. Film qədər diqqət çəkən isə onun premyerası idi. Çünki filmin qala gecəsində qırmızı xalçanın ulduzları itlər olub.
525.az xəbər verir ki, "Gump - İnsanlara yaşamağı öyrədən it" ilk dəfə 2019-cu ildə bir kitab halında yazılıb. Kitab Gump və digər istismara məruz qalan itlərdən bəhs edir. Müəllif Filip Rozek: "Bu layihədə əsas məqsəd bir çox şey haqqında fərqindəlik yaratmaq, ehtiyac duyulan sığınacaqlara və təşkilatlara pul toplamaq idi”.
Əldə olunan gəlirdən sentyabr ayında Praqa şəhərindən 27 kilometr cənub-şərqdə “Velke Popovise”də açılacaq yeni bir heyvan sığınacağı üçün də istifadə olunacaq.
Firuzə Əliyeva