525.Az

İtlər qırmızı xalçadan keçdi - Foto


 

İtlər qırmızı xalçadan keçdi - <b style="color:red"> Foto</b>

Çexiyada heyvanların istismarına həsr olunmuş film nümayiş olunub. Film qədər diqqət çəkən isə onun  premyerası idi. Çünki filmin qala gecəsində qırmızı xalçanın ulduzları itlər olub.
 

525.az xəbər verir ki, "Gump - İnsanlara yaşamağı öyrədən it" ilk dəfə 2019-cu ildə bir kitab halında yazılıb. Kitab Gump və digər istismara məruz qalan itlərdən bəhs edir. Müəllif Filip Rozek: "Bu layihədə əsas məqsəd bir çox şey haqqında fərqindəlik yaratmaq,  ehtiyac duyulan sığınacaqlara və təşkilatlara pul toplamaq idi”.

Əldə olunan gəlirdən sentyabr ayında Praqa şəhərindən 27 kilometr cənub-şərqdə “Velke Popovise”də açılacaq yeni bir heyvan sığınacağı üçün də istifadə olunacaq.

Firuzə Əliyeva

 





26.07.2021    çap et  çap et