525.Az

Azərbaycan, Türkiyə və Pakistan arasında “Bakı bəyannaməsi” imzalanacaq


 

Azərbaycan, Türkiyə və Pakistan arasında  “Bakı bəyannaməsi” imzalanacaq<b style="color:red"></b>

Sabah Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayserinin Üçtərəfli Birinci toplantısı başlayır.

525.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Toplantının yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanacaq.

Üçtərəfli toplantıdan əvvəl iyulun 26-da Mustafa Şentop Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edəcək.

İyulun 28-də isə Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Mustafa Şentop səfər çərçivəsində Füzuli və Şuşa şəhərlərinə də səfər edəcək.

 





26.07.2021    çap et  çap et