525.Az
NATO-nun beynəlxalq hərbi təlimləri başlayır
Bu gün Gürcüstanda NATO-nun beynəlxalq Aglie Spirit 2021 hərbi təlimlər başlayır.
525.az xəbər verir ki, təlimlərdə 15 ölkədən 2500 hərbiçi iştirak edəcək. ABŞ Silahlı Qüvvələrinin rəhbərliyi ilə keçirilən manevrlər avqusun 6-dək davam edəcək. Hərbi təlimlərdə bir qrup Azərbaycan hərbiçisi də iştirak edəcək.
Qeyd edək ki, Ermənistan son məqamda təlimlərdə iştirak etməkdən imtina edib.
Firuzə Əliyeva
26.07.2021
çap et