525.Az

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq


 

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq<b style="color:red"></b>

Aprelin 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru şimşək çaxacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın bölgələrində də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

 





12.04.2014    çap et  çap et