525.Az

Qadınların məşğulluğunun təmin edilməsi ilə bağlı proqram hazırlanıb


 

Qadınların məşğulluğunun təmin edilməsi ilə bağlı proqram hazırlanıb<b style="color:red"></b>

“Qadın məşğulluğunun təmin olunması ilə bağlı xüsusi fəaliyyət proqramı hazırlanıb, yaxın zamanlarda təqdim olunacaq”.

525.az-ın məlumatına görə, bunu bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Qadınlar Birliyinin sədri Ayşe Keşirlə görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

B. Muradova qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində səylərin artırıldığını da vurğulayıb: “Ancaq bəzən ailələrdə elə hadisələr baş verir ki, cəmiyyət də bizi haqlı olaraq qınayır. Buna görə partiyaların proqramlarına ailə və ailə problemlərinin həlli istiqamətində məsələlər də daxil edilməlidir”.

 

 





27.07.2021    çap et  çap et