525.Az

Azərbaycanın diaspor nümayəndələri Şuşaya yola düşüb


 

Azərbaycanın diaspor nümayəndələri Şuşaya yola düşüb<b style="color:red"></b>

Azərbaycanda olan diaspor nümayəndələri Şuşaya yola düşüb.

Bu barədə 525.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, Diasporla İş üzrə Dövlət Komitəsi diaspor nümayəndələrinin Şuşaya səfərlərini təşkil edib. Qeyd olunub ki, “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfər Azərbaycan diaspor tarixinin ən mühüm tədbirlərindən biridir.

Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşudbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət edəcələr.

Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri barədə soydaşlarımıza geniş məlumat veriləcək.

Diaspor nümayəndələrinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana Qələbə sevinci yaşadan rəşadətli ordumuzun əsgərləri ilə görüşləri də planlaşdırılır.


 





27.07.2021    çap et  çap et