525.Az

Peyvənd olunanların sayı açıqlanıb


 

Peyvənd olunanların sayı açıqlanıb<b style="color:red"></b>

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68020 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32219, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35801 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4632349, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2686492, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1945857 təşkil edir.

 





27.07.2021    çap et  çap et