Azərbaycanda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.
525.az-a bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, Səbail rayonu, “Maşın bazarı” adlanan ərazidə axtarışda olan şəxs özünü qumbara ilə partladıb.
Hadisə zamanı onu zərərsizləşdirmək istəyən 3 polis əməkdaşı xəsarət alıb.
Faktla bağlı hazırda araşdırma aparılır.