525.Az

“Qarabağlı Jirinovski”


 

“Qarabağlı Jirinovski”<b style="color:red"></b> Yenə yuxusuzluq... Yuxusuz gecələrdə dərdi olmayan insana da dərd tapılar. Bilmirsən nəyi düşünəsən. Xəyallar qurub, sonra da onları dağıdasan. Gələcəyi düşünəsən. Hətta sabah hansı paltar geyinəcəyini üç saat fikirləşəsən ki, başını nəyləsə qatasan. Hər gecə eyni düşüncələrdən bezib, bilmirsən neyləyəsən. 

 

Yuxusuzluq dərdi olan insana kömək edir. Dərdi olan düşünür-düşünür, götür-qoy edib dərdinə çarə tapır. Amma mənim heç bir dərdim yoxdur, axı. Məcburam özümə dərd tapam...

 

Bir həftədir yatmıram, düşünməyə varsa, hamısını düşünürəm...

 

Qatardayam... Qarabağa gedirəm... Pəncərədən baxıram... Qaranlıqda heç görmürəm... Səhər açılsaydı...

 

Ukraynadakı hadisələr yadıma düşür. Yazığım gəlir onlara. çəkdiklərini televizorda görmüşəm.  Uşaqlığımı xatırlayıram. Görən, mən Qarabağda heç olmuşammı? Deyəsən, olmuşam. Anam o barədə nəsə danışırdı...

 

Əli-Bayramlıda doğulmuşam. Ermənilər kəndimizdəydi. Atam döyüşürdü. Əli-Bayramlıdan gəldik Bakıya. Üç yaşım olanda köçdük Rusiyaya. On beş il orada yaşadıq. On beş il... O Rusiyada olduğum on beş il mənə daha çox təsir etməliydi. Bəlkə , edib, mənim xəbərim yoxdur. Azərbaycanlılar deyir, “russan”, ruslar deyir, “Qəribə insansan”. Demək rusam, azərbaycanlı. Bəs, haralıyam? Mənim Vətənim yoxdur?

 

Axır ki, bu yuxusuz gecə mənə bir dərd tapdı...

 

Səhər açılır...

 

Qarabağ çox gözəldir. Hələ mən Şuşanı, Kəlbəcəri görməyib deyirəm bunları. Bu yerin insanları da gözəldir. Rusiyadakılar belə istiqanlı, mehriban deyillər. İlk dəfə Qarabağa gələndə buranın havası mənə tanış gəldi. Yəqin uşaqlıqda bir-iki ay burda qalmışam. İnsanları da doğmadır. Heç biri mənə demədi ki, “russan”, yaqəribəsən”. İndi vaxtım olan kimi qaçıram Qarabağa...

 

Jirinovski deyir bura Rusiyanın olsun... Başqasını bilmirəm, amma mən bu torpağı heç kimə vermərəm. Mən Qarabağda özüməVətəntapmışam. On səkkiz yaşda özümü hansısa bir torpağa bağlı olduğumu hiss eləmişəm. Qarabağlı olduğumu hiss etmişəm...

 

Bu dərdimə çarə tapıldı. Bəs, indi düşünüm?

 

Jirinovskinin karikaturası yadıma düşür. Mənə elə gəlir ki, o, Qarabağ məsələsi ilə bağlı dediklərində ciddi olmayıb. Yalandan səs-küy salır. Axı, kim uşağı  Ana Vətəndən ayıra bilər? Məncə, Jirinovski insandır. Bəlkə , heç pis insan da deyil. Pozitiv düşünmək istəyirəm inanmaq istəyirəm ki, pis insan deyil. Sadəcə, siyasətdir deyib başını başlara qoşur...

 

Füzuliyə çatırıq...

 

Səhər açılıb. Deyirəm, bəlkə Jirinovskiyə deyim, gəlsin qonağımız olsun? O, türk dilini bilir, biz rus dilini. Nəysə ki, dil taparıq. Sadəcə, gəlsin Qarabağı görsün. Bəlkə, o da qarabağlı olduğunu hiss elədi, bilmək olar...

 

 





14.04.2014    çap et  çap et