27 iyul 2021-ci il tarixində Tovuz rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə çağırışçı gənclərin həqiqi hərbi xidmətə yola salınması və ehtiyata buraxılmış şəxslərin qarşılanması ilə əlaqədar tədbir təşkil olunub.
“ASAN Hərbi Vətənpərvərlik” Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərimizin ailə üzvləri, qazilərimiz və çağırışçılar çıxış ediblər.
Ardınca həqiqi hərbi xidmətdən ehtiyata buraxılan gənclərə hərbi biletləri və xatirə hədiyyələri təqdim olunub və onlar hərbi xidmətlə bağlı sonuncu əmək haqlarını “YAŞAT” Fonduna ianə ediblər.
Sonra çağırışçılar Azərbaycan bayrağının altından keçərək, onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.