525.Az

“Taliban” Kabili işıqsız qoydu


 

“Taliban” Kabili işıqsız qoydu<b style="color:red"></b>

“Taliban” hərəkatı döyüşçüləri Əfqanıstanın paytaxtı Kabil şəhərini işıqsız qoyub.

525.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Taliban” döyüşçüləri ölkənin Baqlan əyalətində elektrik dirəklərini partladıblar. Nəticədə isə Kabil şəhəri və ona yaxın əyalətlər işıqsız qalıb

Əfqanıstanın milli energetika şirkəti “Breşna”nın verdiyi məlumata görə, şirkətin texniki personalı hazırda problemi həll etməyə çalışır.

Qeyd edək ki, hazırda ölkədə hökumət qüvvələri ilə “Taliban” hərəkatı döyüşçüləri arasında qarşıdurmalar davam edir. Xarici ölkələrin öz qüvvələrini Əfqanıstandan çıxarması ilə “Taliban” döyüşçüləri öz fəaliyyətlərini daha da aktivləşdirir. KİV-in məlumatına görə, “Taliban” artıq ölkənin 100-dən çox bölgəsinə nəzarəti ələ keçirib.

 

 





27.07.2021    çap et  çap et