525.Az

Güclü leysan Gürcüstanda ciddi fəsadlar törədib


 

Güclü leysan Gürcüstanda ciddi fəsadlar törədib<b style="color:red"></b>

Aramsız və güclü leysan yağışları Gürcüstanda ciddi fəsadlar törədib.

525.az xəbər verir ki, Batumi şəhərində ən azı 10 küçə və prospekt sel suları altında qalıb. Küçələrdə avtomobillərin hərəkəti də iflic olub. Binaların zirzəmiləri və ictimai iaşə obyektləri su ilə dolub. Şəhərin infrastrukturuna ciddi ziyan dəyib. Şəhərdə içməli su problemi yaranıb. 

Güclü leysan yağışları və dolu ən çox zərər kənd təsərrüfatında qeydə alınıb.
 

 





27.07.2021    çap et  çap et