525.Az

"Sərhəd boyu gərginliyin artmasına görə bütün məsuliyyəti Ermənistan daşıyır"


 

"Sərhəd boyu gərginliyin artmasına görə bütün məsuliyyəti Ermənistan daşıyır"<b style="color:red"></b>

"Azərbaycan-Ermənistan sərhədi boyu gərginliyin artmasına görə bütün məsuliyyəti Ermənistan daşıyır".

525.az-ın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Twitter"də bildirib.

"Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər hissəsində Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub. 2 Azərbaycan hərbçisi yaralanıb. İki dövlətin dövlət sərhədi boyu gərginliyin artmasına görə bütün məsuliyyəti Ermənistan daşıyır!", -deyə Azərbaycan XİN sözçüsü bildirib.

 

 





28.07.2021    çap et  çap et