525.Az

Diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırdılar - Foto


 

Diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırdılar - <b style="color:red"> Foto</b>

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşa şəhərində səfərdə olan diaspor nümayəndələri əsrarəngiz Cıdır düzündə olublar.

Komitədən 525.az-a verilən məlumata görə, soydaşlarımız Şuşanın azad edilməsi xəbərini xalqımıza çatdırarkən Prezident, Ali Baş Komandan İlham Əliyevin söylədiyi "Əziz Şuşa, sən azadsan!" və Qarabağ Azərbaycandır!" şuarlarını təkrar-təkrar səsləndiriblər.

Avropanın və ABŞ-ın müxtəlif şəhərlərində keçirilən aksiyalar zamanı nümayiş etdirilən iri ölçülü Azərbaycan bayrağını Cıdır düzündə dalğalandıran soydaşlarımız Azərbaycanın Dövlət Himnini ifa ediblər.

 

 

 





28.07.2021    çap et  çap et