525.Az

DİN “nurçular”la bağlı rəsmi məlumat yaydı


 

DİN “nurçular”la bağlı rəsmi məlumat yaydı<b style="color:red"></b> Daxili İşlər Nazirliyi Bakıda dini təriqət mənsublarına qarşı həyata keçirilmiş əməliyyatla bağlı məlumat yayıb.
 
525.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də X.Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib.

E.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompüter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülüb.

Araşdırma aparılır.
 





14.04.2014    çap et  çap et