525.Az

İsrail hökumətindən karbon emissiyasına qarşı addım


 

İsrail hökumətindən karbon emissiyasına qarşı addım<b style="color:red"></b>

İsrail hökuməti karbon emissiyası ilə mübarizə çərçivəsində alınan yeni qərarı açıqlayıb. Qərar çərçivəsində hökumət, karbon emissiyalarını 2015-ci illə müqayisədə 2050-ci ilə qədər 85 faiz azaltmağı planladığını açıqlayıb.

525.az xəbər verir ki, açıqlanan yeni plan çərçivəsində nəqliyyat, elektrik sektoru və bələdiyyə tullantıları daxil olmaqla, karbon emissiyalarının azaldılmasının məqsəd qoyulduğu ifadə edilib.

Baş nazir Naftali Bennett bu addımın təmiz, səmərəli və daha rəqabətli iqtisadiyyata gətirib çıxaracağını və İsraili iqlim dəyişikliyinə qarşı mübarizənin ön sıralarına daşıyacağını vurğulayıb. Nazir bildirib ki, müxtəlif ölkələrin hökumətləri emissiyaların azaldılması hədəfi üzərində işləməsə, təhlükə daha da artacaq.

Qeyd edək ki, İsrail əvvəllər 2015-ci ildə imzalanan Paris iqlim müqaviləsi çərçivəsində 2030-cu ilə qədər tullantıları 27 faiz azaltmağı hədəflədiyini bildirmişdi.

Firuzə Əliyeva


 

 





28.07.2021    çap et  çap et