https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
https://525.az/img/pics/medium/2024-04/310612_wmh02p1qw2.jpg Göydəki kişi bilər, ona min şükür...
search
19 Aprel 2024

"Neftçi" Çempionlar Liqası ilə vidalaşdı

"Neftçi" Çempionlar Liqası ilə vidalaşdı

"Neftçi" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

525.az qol.az-a istinadən xəbər verir ki, Bakı klubu evdə "Olimpiakos"u (Yunanıstan) qəbul edib. "Bakcell Arena"da keçirilən görüşdə "Neftçi" 0:1 hesabı ilə məğlub olub. Bu komandalar arasında Yunanıstanda oynanılan ilk görüşdə də eyni hesabla uduzan "Neftçi" Çempionlar Liqasında mübarizəni dayandırıb. Samir Abasovun baş məşqçisi olduğu komanda Avropa Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni davam etdirəcək. "Neftçi" burada HİK-lə (Finlandiya) görüşəcək. Bakı təmsilçisi ilk oyunu avqustun 5-də evdə, cavab matçını isə bir həftə sonra səfərdə keçirəcək.

"Olimpiakos" isə ÇL-in 3-cü təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets"  (Bolqarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək

“Neftçi”dən Namik Ələskərov zədəsi, Mert Çelik isə cəzası səbəbindən meydana çıxa bilməyib. Rəqibin düşərgəsində isə itki daha çox olub: 8 nəfər. Andreas Buxalakis, Oleq Ryabçuk, Sokratis Papastatopulos, Tanasis Andrutsos, Məhəmməd Kamara, Tikinyo, Yan M Vila və Eqmundur Kristinsson matçı buraxıblar. Onlardan M.Kamara cəza, digərləri isə zədə səbəbindən Azərbaycan paytaxtına gətirilməyib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.