525.Az

Gülağa Aslanlı: “Əli Kərimlinin fikirləri çox absurddur”


 

Gülağa Aslanlı: “Əli Kərimlinin fikirləri çox absurddur”<b style="color:red"></b>

“Əli Kərimlinin fikirləri çox absurddur və mən bu məsələyə ciddi baxmıram”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bildirib.
 
Qeyd edək ki, AXCP sədri Əli Kərimli Ukrayna hakimiyyətinin qətiyyətsizlik nümayiş etdirdiyini bildirib, Ukrayna hakimiyyətini Rusiya təhlükəsinə qarşı birliyə və qətiyyət göstərməyə çağırıb. AXCP sədrinin müavini Nurəddin Məmmədli isə bildirib ki, Ukrayna hakimiyyəti vaxtında Əli Kərimlinin məsləhətlərinə qulaq assaydı, ən azı parçalanmanın yarısından qayıdardı.
 
G.Aslanlı isə deyib ki, Ukrayna hakimiyyətində kifayət qədər təcrübəsi olan insanlar var və onların ən yaxşı məsləhətçiləri də Avropa İttifaqı ölkələridir: “Bu baxımdan düşünürəm ki, onlar nə etdiklərini yaxşı başa düşürlər. Buna görə də səslənən fikirlər çox absurddur”.

 





14.04.2014    çap et  çap et