525.Az

“BDU könüllüləri” fəaliyyətini genişləndirir


 

“BDU könüllüləri” fəaliyyətini genişləndirir<b style="color:red"></b>

Bakı Dövlət Universitetində (BDU) yaradılmış “BDU könüllüləri” qrupu fəaliyyətini genişləndirir.

BDU-dan 525.az-a bildiriblər ki, universitetin ictimai həyatında fəal iştirak edən “BDU könüllüləri” qrupunun 500-dən çox üzvü var. Onlardan 46-sı hazırda universitetin müvafiq şöbə və fakültələrində könüllü kimi fəaliyyət göstərir. Könüllülər tədbirlərin təşkilində, müsabiqələrin keçirilməsində uğurla iştirak edirlər.

Xatırladaq ki, “BDU könüllüləri” 18 may - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar tələbələrin universitetin muzeylərinə səfərlərini təşkil ediblər. Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov, “ASAN könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova, DOST Agentliyinin Könüllülərlə iş şöbəsinin müdiri Ruslan Mirzəliyevin iştirakı ilə “Uğurlu karyera könüllülükdən keçir” adlı silsilə onlayn tədbirlər keçirilib. “Microsoft Teams” platforması üzərindən xaricdə könüllü olmaq, təcrübə proqramları, AISEC haqqında seminarlar təşkil olunub.

 





29.07.2021    çap et  çap et