"Türkiyənin 53 müxtəlif yerində baş verən meşə yanğınlarının 36-sı nəzarətə alınıb"
525.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli Antalyada mətbuata açıqlamasında bildirib.
Nazir Türkiyənin 8 vilayətində yanğınların davam etdiyini deyib. Yanğnın təsirindən zərər görən və xəstəxanaya yerləşdirilən 183 nəfərdən hazırda 15-nin xəstəxana şəraitində müalicə olunduğunu qeyd edən B.Pakdemirli ölənlərin sayının 3-ə çatdığını xatırladıb.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit və şəhərsalma naziri Murat Kurum da Antalyadadır. Yanğın Türkiyənin məşhur turizm bölgəsi Bodruma da yayılıb.