525.Az

Meşə yanğınları Bodruma da yayılıb


 

Meşə yanğınları Bodruma da yayılıb<b style="color:red"></b>

 

"Türkiyənin 53 müxtəlif yerində baş verən meşə yanğınlarının 36-sı nəzarətə alınıb"

525.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli Antalyada mətbuata açıqlamasında bildirib.

Nazir Türkiyənin 8 vilayətində yanğınların davam etdiyini deyib. Yanğnın təsirindən zərər görən və xəstəxanaya yerləşdirilən 183 nəfərdən hazırda 15-nin xəstəxana şəraitində müalicə olunduğunu qeyd edən B.Pakdemirli ölənlərin sayının 3-ə çatdığını xatırladıb.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit və şəhərsalma naziri Murat Kurum da Antalyadadır. Yanğın Türkiyənin məşhur turizm bölgəsi Bodruma da yayılıb.
 

 





29.07.2021    çap et  çap et