525.Az

Yaxın 3 gündə Azərbaycanda mülayim hava müşahidə olunacaq


 

Yaxın 3 gündə Azərbaycanda mülayim hava müşahidə olunacaq<b style="color:red"></b>

Aprelin 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, səhər və axşam bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 7-12 gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın əksər rayonlarda hava şəraitinin yağmursuz olacağı, lakin səhər və axşam bəzi dağlıq rayonlarda yağış yağacağı, şişmək çaxacağı gözlənilir. Səhər ayrı-yarı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 11-16 dərəcə isti olacaq.
 
Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 3 gün ərzində mülayim yaz havası və Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi normal meteohəssas üçün əsasən əlverişlidir.

 





14.04.2014    çap et  çap et