525.Az

İsrail xarici işlər naziri Azərbaycana səfər edəcək


 

İsrail xarici işlər naziri Azərbaycana səfər edəcək<b style="color:red"></b>

İsrailin xarici işlər naziri Aviqdor Liberman aprelin 30-da Bakıya səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə “Vestnik Kavkaza” saytına İsrail Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
 
A.Libermanın rəhbərlik edəcəyi nümayəndə heyətinin Bakıya planlaşdırılan səfəri hazırlıq mərhələsindədir. Səfər çərçivəsində İsrail nümayəndə heyətinin Azərbaycanın ali rəhbərliyi ilə görüşləri nəzərdə tutulur. Görüşlərdə kənd təsərrüfatı, səhiyyə, yüksək texnologiyalar və müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərinin, habelə Azərbaycanla İsrail arasında gediş-gəlişin asanlaşdırılması kimi məsələlərin müzakirə olunacağı gözlənilir.
 
Danışıqlarda həmçinin beynəlxalq siyasətlə bağlı problemlərə toxunulacağı bildirilir.

 





14.04.2014    çap et  çap et