525.Az

Vaqif Nağıyev Ukraynada yenə səsi ilə hamını heyran etdi (VİDEO)


 

Vaqif Nağıyev Ukraynada yenə səsi ilə hamını heyran etdi <b style="color:red">(VİDEO)</b>

"Voice" musiqi şousunun Ukraynadakı versiyası olan "Qolos Krainı" müsabiqəsində çıxış edən soydaşımız Vaqif Nağıyev yenə çıxışı ilə münsiflər heyəti və zalı heyran edib.

Trend xəbər verir ki, 18 yaşlı Vaqif səhnədə Queen qrupunun "Show must go on" mahnısını digər iştirakçı Anna Sklyar ilə duet şəklində ifa edib.

Münsiflər heyətinin üzvü Ani Lorakın dediyinə görə, Vaqif Nağıyevin ifasından çox razıdır: "O mahnını ifa etmir, mahnını yaşayır".

Şouda V. Nağıyevin müəllimi Rusiya və Gürcüstanın xalq artisti Tamara Qverdsitelidir.



 





14.04.2014    çap et  çap et