525.az xəbər verir ki, ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, ADMİU-nun prorektoru, professor Validə Məmmədova, Rəssamlıq fakültəsi “Təsviri sənət” kafedrasının müdiri Rəşad Cabbarov, müəllimlərdən Zöhrab Cabbarov, Asim Bayramov və dizayn kafedrasının əməkdaşı Şərqiyyə Əfəndizadənin iştirak etdiyi səfərdə əsas məqsəd tələbələrin təbiət mənzərələrində etüdlərinin keçirilməsi olub.
Səfərdə rəngkarlıq və qrafika ixtisasının müxtəlif kurslarında təhsil alan tələbələrdən Fidan Hüseynova, Fidan Abidova, Miralsun Axundzadə, Elnur Şahverdiyev, Aytac Əliyeva, Aysun Hüseynzadə, Günel Şahmuradlı, Fərqanə Maksumova, Jalə Sadıqova, Minə Cabbarova, Ulduz Zeynalabdunova iştirak ediblər.
Heyət səfər müddətində Xanbulan kəndinə və Lənkəran çay plantasiyalarında olub, tələbələr təbiət qoynunda Lənkəranın müxtəlif mənzərələrində etüdlər işləyiblər.
Səfər çərçivəsində Lənkəran Dövlət Universitetində də olan ADMİU-nun müəllim və tələbə heyətini burda universitetin rektoru, professor Natiq İbrahimov qarşılayıb. Rektor onları universitetin binaları və yaradılmış şəraitlə yaxından tanış edib. Eyni zamanda, rektor qonaqları Lənkəran Dövlət Universitetinin təcrübə sahəsiylə, həmçinin, aqronom ixtisası üzrə təhsil alan tələbələr üçün salınmış böyük bağla da tanış edib.