https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Yerli "Dostoyevski"lərimiz
https://525.az/img/pics/medium/2024-04/311080_ol9pr75s8v.jpg “525-ci qəzet”in 24 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/302979_eyl9q05g7v.jpg Kəlbəcərə Zəfər qarı yağdı...
https://525.az/img/pics/medium/2024-04/311032_cdfea1wv7s.jpg Yerdə ulduz olmaq nəyimə lazım
search
24 Aprel 2024
23 Aprel 2024

UEFA Avropa Superliqası ilə bağlı məhkəməni uduzdu

UEFA Avropa Superliqası ilə bağlı məhkəməni uduzdu

UEFA Avropa Superliqasının təşkili ilə bağlı məhkəməni uduzub.

525.az xəbər verir ki, bu barədə "Real", "Barselona" və "Yuventus"un birgə yaydığı açıqlamada bildirilib.

UEFA-nın məhkəməni uduzduğu üçün  təsisçi klublara qarşı sanksiyaları ləğv etmək məcburiyyətində qaldığı vurğulanıb. Açıqlamada məhkəmənin 3 klubla bağlı intizam işinə son qoyulmasına, həmçinin digər 9 kluba tətbiq edilən cərimə və məhdudiyyətlərinin ləğv edildiyi bildirilib.

"Məhkəmə Superliqanın təşkilatçılarının mövqeyini təsdiqlədi və məhkəmənin qəbul etdiyi qətnaməyə əməl edilməməsinin maliyyə sanksiyalarına və cinayət məsuliyyətinə səbəb ola biləcəyini təsdiqləyərək UEFA-ya yenidən xəbərdarlıq etdi. Bundan əlavə, işə Avropa Birliyinin Lüksemburqakı məhkəməsi baxacaq. Görüşün mövzusu UEFA-nın Avropa futbolunda inhisarçı mövqeyinin müzakirəsi olacaq" - deyə açıqlamada yazılıb.

Bundan başqa, üç klub UEFA-nın Avropa futbolundakı inhisarçılığının oyuna zərər verdiyini və Superliqa layihəsinə sadiq qaldıqlarını qeyd ediblər. Klublar iştirak etdikləri turnirləri idarə etmək hüququna sahib olduqlarını da bildiriblər.

Qeyd edək ki, aprelin 18-də  “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real", “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klublar turnirdən imtina ediblər.

 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.