525.Az

Hataydakı yanğın nəzarət altına alındı


 

Hataydakı yanğın nəzarət altına alındı<b style="color:red"></b>

Türkiyədə Hatay vilayətinin Kırıkhan bölgəsində səhərə yaxın başlayan yanğın nəzarət altına alınıb.

525.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Alibeyçağıl məhəlləsindəki meşəlik ərazidə başlayan yanğın nəticəsində təqribən 5 hektar ərazi zərər görüb. Hazırda həmin ərazilərdə soyutma işləri davam etdirilir.

Bununla yanaşı, Hassa rayonu ilə Kırıkhan Topboğazı istiqamətində eyni anda başlayan yanğını ilkin müdaxilə sayəsində söndürmək mümkün olub.

 





31.07.2021    çap et  çap et