525.Az

Ülviyyə Heydərovanın növbəti beynəlxalq uğuru


 

Ülviyyə Heydərovanın növbəti beynəlxalq uğuru<b style="color:red"></b>

İyulun 24-də Vilnüsdə rusca yazan və ya rus dilinə tərcümə olunan müəlliflər üçün "Baltiyskiy Qamayun" V Beynəlxalq Ədəbiyyat Festivalının birinci mərhələsi başa çatıb.

Litva Respublikası hökuməti yanında Milli Azlıqlar departamentinin dəstəyi ilə yazıçı və publisistlərinin Beynəlxalq Assosiasiyasının həyata keçirdiyi festival böyük rus yazıçısı Fyodor Dostoyevskinin anadan olmasının 200 illiyinə həsr olunub.

Tədbir çərçivəsində "Baltiyskiy Qamayun - 2021" beynəlxalq ədəbiyyat müsabiqəsinin qaliblərin adları açıqlanıb.

Müsabiqədə "Nəsr" nominasiyası üzrə 5 ölkədən 18 müəllif iştirak edib. Beş müəllif qalib seçilib. Onların arasında azərbaycanlı yazıçı-dramaturq Ülviyyə Heydərova da var. Yazıçı bu beynəlxalq müsabiqəyə "Külək" hekayəsi ilə qatılmışdı.

Qaliblərin mükafatlandırma mərasimi bu ilin noyabrın 20-də - festivalın ikinci mərhələsində baş tutacaq.

 





31.07.2021    çap et  çap et