525.Az

Milli Məclisin İntizam komissiyasının iclasının vaxtı məlum olub


 

Milli Məclisin İntizam komissiyasının iclasının vaxtı məlum olub<b style="color:red"></b>

Milli Məclisin İntizam komissiyasının iclasının vaxtı məlum olub.

525.az-ın əldə etdiyi məlumata görə, komissiyanın toplantısı avqustun 2-də keçiriləcək.

İclasda Baş prokuror Kamran Əliyevin polis əməkdaşını döyən deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə göndərdiyi təqdimata baxılacaq.

İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edəcək.

 





31.07.2021    çap et  çap et