525.Az

Türkiyə və Rusiya Prezidentləri yanğını müzakirə etdi


 

Türkiyə və Rusiya Prezidentləri yanğını müzakirə etdi<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Recep Tayyib Ərdoğan arasında telefon danışığı olub.

525.az  xəbər verir ki, bu haqda məlumatı Kremlin Mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, telefon danışığı zamanı tərəflər Türkiyənin cənubunda meşə yanğınları ilə bağlı vəziyyəti müzakirə ediblər. Bununla yanaşı, bildirilib ki, Vladimir Putin Rusiyanın bu yanğınları söndürməsi üçün hərtərəfli kömək göstərməyə davam edəcəyini bildirib. 

Həmçinin, Prezidentlər bu təbii fəlakətlər ilə mübarizədə hər iki ölkənin qarşılıqlı fəaliyyətinin vacibliyini də vurğulayıblar.

 





31.07.2021    çap et  çap et