https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
https://525.az/img/pics/medium/2024-04/310612_wmh02p1qw2.jpg Göydəki kişi bilər, ona min şükür...
search
19 Aprel 2024

Tokio-2020: Azərbaycan ikinci medalını qazanıb

Tokio-2020: Azərbaycan ikinci medalını qazanıb

Azərbaycan boksçusu Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti döyüşünü keçirib.

525.az Apasport.az-a istinadən xəbər verir ki, Avropa Oyunlarının qalibi yarımfinalda kubalı Olimpiya və dünya çempionu Arlen Lopeslə üz-üzə gəlib. İlk görüşdə özbəkistanlı Dilşotbek Ruzmetovu, ardınca türkiyəli Bayram Malkanı mübarizədən kənarlaşdıran boksçumuz bu dəfə məğlubiyyətə üzülüb. 81 kq çəki dərəcəsində qüvvəsini sınayan Dominqes rəqibinə 0:5 (28:29, 28:29, 28:29, 28:29, 28:29) hesabı ilə məğlub olub.

Nəticədə Alfonso Tokio-2020 Yay Olimpiya Oyunlarını bürünc medalını rəsmiləşdirib. Bu, Azərbaycan millisinin Yaponiyanın paytaxtında ikinci mükafatı olub. Onadək cüdoçu İrina Kindzerska (+78 kq) da Olimpiadanı 3-cü yerdə bitirib.

Qeyd edək ki, Tokioya 44 idmançı ilə yollanan millimizin heyətində artıq 26 atlet çıxışını bitirib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.