525.Az

Fransada etiraz aksiyalarında 76 nəfər saxlanılıb


 

Fransada etiraz aksiyalarında 76 nəfər saxlanılıb<b style="color:red"></b>

Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları şənbə günü ölkədə sanitar keçidlərə qarşı etiraz aksiyalarında 76 nəfəri saxlayıb.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, təkcə paytaxt Parisdə 26 etirazçı saxlanılıb.

Paytaxtda saxlanılanlar arasında iki azyaşlı da var. Etirazçılar xüsusən polisə qarşı zorakılığa görə nəzarətə alınıb.

 





01.08.2021    çap et  çap et