525.Az

Türkiyədə meşə yanğınları qurbanlarının sayı 8-ə yüksəldi


 

Türkiyədə meşə yanğınları qurbanlarının sayı 8-ə yüksəldi<b style="color:red"></b>

Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca ölkədə meşə yanğınları nəticəsində ölənlərin sayının 8-ə, yaralıların sayının isə 864 nəfərə yüksəldiyini söyləyib.

525.az xəbər verir ki nazir bu barədə sosial şəbəkədə bildirib.

"Manavqatda (Antalya vilayəti) yanğınlar nəticəsində cəmi 7 itkimiz var. Yanğın zamanı xəsarət alan 507 nəfərdən 497-si evə buraxıldı. Marmaris və Bodrumda baş verən yanğınlardan zərər çəkmiş 203 nəfərdən 186-sı evə buraxıldı. Marmarisdə bir ölü var. Mersində yanğın zamanı xəsarət alan 154 nəfərin hamısı müalicəsi bitdikdən sonra evə buraxıldı", - deyə Koca tvitterdəki hesabında yazıb.

Daha əvvəl meşə yanğınlarının 7 qurbanı və 410 nəfərin yaralandığı bildirilib.

 

 





01.08.2021    çap et  çap et