525.Az

Avropa Birliyi Türkiyəyə yangınsöndürmə təyyarələri göndərəcək


 

Avropa Birliyi Türkiyəyə yangınsöndürmə təyyarələri göndərəcək<b style="color:red"></b>

Avropa Birliyi (AB) Komissiyası Türkiyədəki meşə yanğınları ilə mübarizəyə dəstək üçün 3 yangınsöndürmə təyyarəsi göndərəcək.

Bu barədə 525.az Türkiyə mətbuatına istinadən xəbər verir.

AB Komissiyasından bildirilib ki, təbii fəlakətin qarşısının alınması üçün Xorvatiyadan 1, İspaniyadan 2 “Canadair” təyyarəsi göndəriləcək.

Birliyin böhran vəziyyətləri üzrə məsul şəxsi Janez Lenarik AB-nin bu çətin günlərdə Türkiyə ilə tam həmrəy olduğunu ifadə edərək, "Daha çox kömək etməyə hazırıq", - deyib.

 





02.08.2021    çap et  çap et