525.Az

Türkiyədə yanğınla bağlı son vəziyyət


 

Türkiyədə yanğınla bağlı son vəziyyət<b style="color:red"></b>

Türkiyədə 3 vilayətdə 7 meşə yanğını hələ də davam edir.

525.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib. Onun sözlərinə görə, son 5 gündə 32 əyalətdə baş verən 119 yanğın nəzarət altına alınıb.

Bildirilir ki, Antalyanın Gündoğmuş və Manavqat, Muğlanın Marmaris, Köyceğiz, Milas və Seydikemer bölgələrində və Tuncelidə meşə yanğınlarını söndürmək üçün havadan və qurudan müdaxilə davam edir.

Muğlanın Milas bölgəsində Beyciler məhəlləsində meşəlik ərazidə başlayan yanğın qısa müddətdə yayılıb. Alovlar Çökertme, Bozolan, Fesleğen, Gökbel ve Türkevleri məhəllələrinə sıçrayıb.

Mersinin Silifke bölgəsində isə 3 gün əvvəl başlayan meşə yanğınını nəzarətə almaq mümkün olub.

 





02.08.2021    çap et  çap et